RU

Şahin Növrəsli: Ölkəmizdə çox istedadlı caz musiqiçiləri var

Bakı, 30 aprel, AZƏRTAC

AZƏRTAC-ın müxbiri hər il aprelin 30-da dünyada qeyd olunan Beynəlxalq Caz Günü münasibətilə tanınmış caz ifaçısı, pianoçu və bəstəkar, Azərbaycanın Əməkdar artisti, “Bakı Piano Festivalı”nın təsisçisi Şahin Növrəsli ilə söhbət edib. Həmsöhbətimiz Azərbaycan cazının dünyada niyə maraq doğurduğundan danışıb.

“Azərbaycan cazı həmişə unikal olub. Bizim caz musiqiçilərimiz öz kompozisiyalarında muğamdan istifadə etməyə çalışırlar, nəticədə hər zaman digərlərindən fərqlənən və məhz bu xüsusiyyəti ilə seçilən çox maraqlı üslub yaranır. Həm muğamda, həm də cazda improvizasiya mühüm yer tutur. Bu, onları bir-birinə yaxınlaşdırır”, – deyə cazmen bildirib.

O, həmçinin vurğulayıb ki, Azərbaycan musiqi istedadları ilə zəngindir. “Ölkəmizdə çox istedadlı caz musiqiçiləri var - həmişə olub və olacaq. Artıq yeni nəsil yetişir. Azərbaycanlı dinləyicilərdə caza maraq da kifayət qədər var”, – deyə Ş.Növrəsli əlavə edib.

Müəllif - Anara Axundova

Избранный
60
1
azertag.az

2Источники