RU

İstehsalatda bədbəxt hadisə baş verdikdə işəgötürən nə etməlidir?

ain.az bildirir, Cebheinfo portalına istinadən.

İstehsalatda insanlar müxtəlif bədbəxt hadisələrlə qarşılaşırlar.

Bu hadisələr zamanı işçinin kimə müraciət edəcəyi də mühüm məqamlardan biridir. İstehsalatda hadisə baş verdikdə hansı hallarda Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edilməlidir? 

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən “Cebheinfo.az”-a verilən məlumata görə, Əmək Məcəlləsinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməyə borcludur:

“İşəgötürən zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. 

İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir”.

Nigar Abdullayeva

“Cebbeinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
52
1
cebheinfo.az

2Источники