İran müharibəsi ilə bağlı müzakirələr ABŞ Konqresində əməlli-başlı qarşıdurmaya və söz duelinə çevrildi.
Azreform.info xəbər verir ki, ABŞ müdafiə naziri Pet Heqsetin Pentaqon büdcəsinə nəzarət edən Konqres üzvlərinin qarşısında çıxışı zamanı çox gərgin anlar yaşanıb və müzakirələr virtual döyüş meydanını xatırladıb.
Belə ki, Konqresdəki Demokratlar Tramp administrasiyasını İranla müharibə məsələsində ictimaiyyəti çaşdırmaqda günahlandırıblar.
Pentaqon rəhbəri də Konqres üzvlərinə qarşı sərt ifadələr işlədərək deyib: "Hazırda qarşılaşdığımız ən böyük çətinlik, ən böyük düşmən, Demokratların və Konqresdəki bəzi Respublikaçıların ehtiyatsız, bacarıqsız və məğlubiyyətçi ritorikasıdır".
Nazirin bu çıxışı vəziyyəti daha da gərignləşdirib. Kaliforniya Demokrat nümayəndə Con Qaramendi administrasiyanın müharibə siyasətini sərt tənqid edərək deyib ki, Tramp administrasiyası ölkəni açıq şəkildə aldadıb. "Cənab Heqset, siz ilk gündən Amerika xalqına bu müharibə barədə yalan danışırsınız, Prezident də belə etdi. Siz ictimaiyyəti müharibənin səbəbi barədə səhv məlumat verdiniz", - o vurğulayıb.
Qaramendi hazırkı hakimiyyəti səriştəsizlikdə və bu səbəbdən də ABŞ-ni Yaxın Şərqdə yeni bir bataqlığa sürükləməkdə ittiham edib.
Konqresmen Adam Smit isə deyib ki, Tramp administrasiyası ABŞ-ni Yaxın Şərqdə genişmiqyaslı müharibəyə cəlb etməsinin bədəlini ödəməkdəyik.
Mürtəza