RU

Rəy: Energetika və yaşıl texnologiyalar Azərbaycan-Çexiya əməkdaşlığının əsas istiqamətlərinə çevrilir

Bakı, 30 aprel, AZƏRTAC

Energetika sahəsində əməkdaşlıq və bərpaolunan enerji mənbələrin inkişafı Azərbaycan-Çexiya qarşılıqlı fəaliyyətinin əsas istiqamətləri hesab olunur.

Çexiyalı iqtisadçı Yan Nemeçek bu barədə AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının son buraxılışında bildirib. Onun sözlərinə görə, ənənəvi qaz sektorunun genişləndirilməsi ilə yanaşı, Günəş və külək enerjisi istehsalı da daxil olmaqla yaşıl enerji layihələrinin inkişafına xüsusi diqqət yetirilir.

Ekspert qeyd edib ki, Azərbaycan qabaqcıl Avropa enerji texnologiyalarının tətbiqində maraqlıdır ki, bu da birgə layihələr və investisiyalar üçün imkanlar açır.

Proqramın həmsöhbəti vurğulayıb ki, müdafiə sənayesi də perspektivli yeni əməkdaşlıq sahəsi kimi ortaya çıxır. Burada birgə istehsal müəssisələrinin və xidmət mərkəzlərinin yaradılması layihələri artıq həyata keçirilir. Ekspert hesab edir ki, bu yanaşma ölkələr arasında sənaye əməkdaşlığının və texnoloji mübadilənin dərinləşməsinə töhfə verəcək.

Müəllif - Tamilla Məmmədova

Избранный
56
1
azertag.az

2Источники