RU

Həyat yoldaşına “İnək kimi yatırsan” deyən kişi təzminat ödədi

ain.az, Olke.az portalına istinadən məlumat verir.

Türkiyədə İstanbul Ailə Məhkəməsi evdə baş verən şəxsi hadisələri üçüncü şəxslərlə paylaşan və həyat yoldaşını təhqir edən kişini təqsirli bilib.

Ölkə.az xəbər verir ki, məhkəmənin qərarına əsasən, E.H. adlı şəxs həyat yoldaşına qarşı davranışlarına görə maddi və mənəvi ziyana görə təzminat ödəməlidir.

İş materiallarına görə, kişi ailə daxilində baş verən özəl məqamları kənar şəxslərlə bölüşüb və həyat yoldaşına qarşı “İnək kimi yatırsan” kimi ifadələr işlədərək onu təhqir edib. 

Qərara əsasən, E.H. 200 min lirə maddi, 300 min lirə isə mənəvi ziyana görə olmaqla ümumilikdə 500 min lirə təzminat ödəyəcək.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
29
1
olke.az

2Источники