RU

Rusiya İrana uçuşların bərpasını regiondakı vəziyyətə bağladı

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

Rusiya aviaşirkətlərinin İrana uçuşlarının bərpası regiondakı vəziyyətdən asılı olaraq müəyyən ediləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın nəqliyyat naziri Andrey Nikitin jurnalistlərə açıqlama verib.

Məlumata görə, Nikitin Qafqaz İnvestisiya Forumunun kənarında bildirib ki, uçuşların bərpası ilə bağlı qərar həm Rusiya, həm də İran tərəfinin razılaşdırılmış mövqeyinə əsaslanacaq və əsas prioritet sərnişinlərin təhlükəsizliyidir.

O qeyd edib: “İrana uçuşların bərpası vəziyyətdən və sərnişin təhlükəsizliyi prioritetinə əsaslanaraq bizim və İran hakimiyyətinin qəbul etməli olduğu birgə qərarlardan asılı olacaq”.

Qeyd olunub ki, mart ayında bölgədə gərginliyin artması fonunda Rusiya aviaşirkətləri Yaxın Şərq istiqamətində uçuşları dayandırmışdı. Daha sonra 20 apreldə Rosaviasiya İran hava məkanından istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
27
1
redaktor.az

2Источники