RU

"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi

"S&P Global Ratings"  "Kapital Bank" ASC üzrə uzunmüddətli emitent kredit reytinqini "BB-" səviyyəsindən ‘"BB"-yə yüksəldib. Qısamüddətli emitent kredit reytinqi isə "B" səviyyəsində təsdiqlənib. Uzunmüddətli reytinq üzrə proqnoz stabildir.

Əsaslandırma

Marja.az xəbər verir ki, "S&P Global Ratings" hesab edir ki, "Kapital Bank" 2026–2027-ci illərdə maliyyə əməliyyatlarının mənfəətliliyini artırmağa davam edəcək. Zərərli olan ekosistemin ("Bir") nəticələri nəzərə alınmadan hesablandıqda, bankın aktivlər üzrə gəlirliliyi (ROA) 2025-ci ildə 2024-cü ildəki 3,0%-dən 3,2%-ə yüksəlib. Bu artım xalis faiz marjasının yüksəlməsi (S&P Global Ratings metodologiyasına görə 9,0%-dən 9,5%-ə) ilə dəstəklənib və əsasən istehlak kreditləri və fərdi sahibkar kredit portfellərinin genişləndirilməsi hesabına yüksək gəlirli məhsulların artımı ilə bağlıdır.

 "S&P Global Ratings"- Bankın hazırkı portfel strukturunu nəzərə alaraq, 2026-cı ildə marjanın təxminən 50 baza bəndi daha da genişlənəcəyini gözləyir ki, bu da tam illik nəticələri əks etdirəcək: Həmçinin hesab edirik ki, bu seqmentlərdə genişlənmə idarəolunandır, çünki "Kapital Bank"ın skorinq modellərinin keyfiyyəti regiondakı analoji banklarla müqayisə oluna biləndir və risk xərclərinin dövr ərzində 2,0%-dən əhəmiyyətli dərəcədə yüksək olacağını gözləmirik".

 "S&P Global Ratings" qeyd edib ki, ekosistem hələ də zərərli olsa da, vahid iqtisadi göstəricilər yaxşılaşır. Son 12 ay ərzində elektron ticarət biznesinin əməliyyat gəlirləri artmağa davam edib ki, bu da vahid iqtisadi göstəricilərin yaxşılaşmasını əks etdirir: "Biz başa düşürük ki, qrup gəlirlərin daha da artacağına, xüsusilə 2027-ci ildən etibarən, optimist yanaşır. Proqnozumuz bankın proqnozları ilə müqayisədə elektron ticarət biznesində daha yavaş artımı nəzərə alsa da, yenə də "Kapital Bank"ın konsolidə olunmuş mənfəətliliyinin — yəni ekosistem daxil olmaqla — əhəmiyyətli dərəcədə yaxşılaşacağını gözləyirik.

Belə ki, aktivlər üzrə gəlirliliyin 2025-ci ildə müşahidə olunan 2,5%-dən 2027-ci ildə 3,0%-ə yüksələcəyini proqnozlaşdırırıq ki, bu da bazar üzrə orta göstəricini (bizim hesablamalarımıza görə təxminən 2%) xeyli üstələyəcək. Həmçinin əməliyyat səmərəliliyinin tədricən yaxşılaşacağını gözləyirik: S&P Global Ratings tərəfindən hesablanan xərc-gəlir nisbəti 2025-ci ildəki 62,3%-dən 2028-ci ildə 60%-dən aşağı düşə bilər".

 "S&P Global Ratings" qeyd edib ki, ekosistemin və platformaların inkişafına davamlı investisiyalar bankın əməliyyat səmərəliliyinə müəyyən təzyiq göstərir: "Bununla belə, biz bu investisiyaların tədricən normallaşacağını gözləyirik və növbəti iki ildə qeyri-faiz xərclərinin artım tempinin daha intizamlı olacağını proqnozlaşdırırıq — illik 12,0%–15,0% səviyyəsində. Müqayisə üçün, bu göstərici 2025-ci ildə 20,7%, 2024-cü ildə isə 49% olmuşdu.

Biz başa düşürük ki, Kapital Bankın yeni formalaşan ekosistemi artıq müştəri sədaqətinin artmasına töhfə verir. "Kapital Bank"ın "PashaPay" vasitəsilə ödəniş biznesini və "BirMarket" vasitəsilə marketpleys platformasını inkişaf etdirmək səyləri Qazaxıstan, Rusiya və Özbəkistanda bankların uğurlu genişlənmə modelini xatırladır. Daxili məlumatlar göstərir ki, "Kapital Bank" artıq müştəri cəlb etmə xərclərinin azalmasından, həmçinin müştəri sədaqətinin və gündəlik istifadə səviyyəsinin artmasından faydalanmağa başlayıb".

 "S&P Global Ratings" vurğulayıb ki, ekosistem müştəri bazasının artmasına da töhfə verməkdə davam edir: "Bizim anladığımıza görə, müştərilərin sayı 2024-cü ilin dekabrında 3,8 milyon nəfərdən 2025-ci ilin dekabrında 4 milyon nəfərə çatıb ki, bu da Azərbaycan əhalisinin təxminən 38%-nə bərabərdir. Hesab edirik ki, bu vəziyyət müxtəlif dövlət təşəbbüsləri — məsələn, fiziki şəxslərin maaş və ya pensiya ödənişlərini almaq üçün bank seçimi üzrə daha böyük çeviklik əldə etməsi — fonunda "Kapital Bank"ın bazar payını qorumasına daha yaxşı imkan yaradır".

 "S&P Global Ratings, "Biz Kapital Bankın reytinqini məhz bu fərqləndirici amillərə görə yüksəltdik" qeyd edərək əlavə edib: "Həcm, bazar payı, müştəri bazasının ölçüsü və mənfəətlilik baxımından "Kapital Bank" güclü biznes mövqeyinə malik və oxşar riskli bank sistemlərində fəaliyyət göstərən — xüsusilə Asiya-Sakit okean regionu və Latın Amerikasındakı — bir çox banklarla müqayisədə əlverişli mövqedədir. Azərbaycan bazarının strukturunu nəzərə alaraq bu qiymətləndirməni dəyişməyimiz ehtimalı az olsa da, mənfəətliliyin artması, ekosistemin tədricən genişlənməsi və müştəri cəlbi ilə sədaqətinin güclənməsi reytinqin müsbət şəkildə yenidən qiymətləndirilməsini əsaslandırır".

Proqnoz

Qeyd edilib ki, Stabil proqnoz "Kapital Bank"ın növbəti 12–18 ay ərzində öz strategiyasını uğurla həyata keçirəcəyinə, pərakəndə ekosistemini qurmaqla yanaşı konsolidə olunmuş əsasda mənfəətliliyini artıracağına dair gözləntilərimizi əks etdirir.

Mənfi ssenari

 "S&P Global Ratings" qeyd edib ki, əgər təminatsız kredit məhsullarında bankın böyüməsi kapital adekvatlığına və ya aktivlərin keyfiyyətinə ciddi təzyiq yaratsa, reytinqi aşağı salına bilər: "Həmçinin ekosistemin nəticələri gözləntilərimizdən zəif olarsa və ya bank mənfəətliliyini sistem üzrə orta göstəricidən əhəmiyyətli dərəcədə yüksək səviyyəyə çatdıra bilməzsə, mənfi reytinq qərarı qəbul edə bilərik".

Müsbət ssenari

 "S&P Global Ratings" vurğulayı ki, hazırkı mərhələdə reytinqin yüksəldilməsi ehtimalı aşağıdır. Bunun üçün elektron ticarət layihəsinin biznes baxımından uğurlu olması, həmçinin mənfəətliliyin və müştəri bazasının əhəmiyyətli dərəcədə artması tələb olunur: "Reytinqin yüksəldilməsi həm də Azərbaycanın iqtisadi risklərinə dair qiymətləndirməmizin daha müsbət olmasından asılı olacaq".

İş elanları AzVak.az-da

Избранный
44
marja.az

1Источники