RU

Xəbərsiz itkin düşən şəxslərin əmlakı necə idarə olunur? Hüquqşünas açıqladı

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Nadir hallarda rast gəlinən hal olsa da, bəzən xəbərsiz şəkildə itkin düşən şəxs, daha dəqiq, şəxsin sahib olduğu mülklər ətrafında mübahisələr yaranır.

Bəs hüquq bu barədə nə deyir?

Ümumiyyətlə, nədir xəbərsiz itkin düşmüş şəxslərlə bağlı mühüm hüquqi qaydalar?

Bu barədə Gununsesi.info–ya hüquqşünas Rəşad Səfərov danışıb.

O bildirib ki, xəbərsiz itkin düşmüş şəxslərlə bağlı məhkəmə qərarının qanuni qüvvəyə minməsindən sonra onların əmlakı və hüquqları ilə bağlı bir sıra mühüm məsələlər tənzimlənir. Qanunvericiliyə əsasən, məhkəmənin qərarı qüvvəyə mindikdən sonra xəbərsiz itkin düşmüş şəxsin qanuni vərəsələri həmin şəxsin əmlakını etibar olunmuş əmlak kimi idarə etmək hüququ əldə edirlər. Bu hüquqa əmlakdan istifadə və ondan fayda götürmək də daxildir.

Hüquqşünas həmçinin deyib:

“Əgər xəbərsiz itkin düşmüş şəxsin qanuni vərəsələri yoxdursa və onun əmlakının daimi idarə olunmasına ehtiyac yaranarsa, məhkəmənin qərarı ilə həmin əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyən edilən şəxsə verilir. Bu şəxs həmin orqanla bağlanan idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərir. Bundan əlavə, xəbərsiz itkin düşmüş şəxsin əmlakını idarə edən şəxs bir sıra öhdəliklər daşıyır. O, əmlak hesabına itkin düşmüş şəxsin borclarını ödəməli, əmlakı onun mənafeyi naminə idarə etməli və həmçinin onun himayəsində olan şəxslərin dolanacaq xərclərini təmin etməlidir”.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
59
icma.az

1Источники