RU

Sumqayıtda 1800 abonentin qazı kəsiləcək

ain.az bildirir, Sia Az portalına istinadən.

Sumqayıt şəhərində 1800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən SİA-nın yerli bürosuna verilən məlumata görə, Sumqayıt şəhəri, "Beton zavod" ərazisində diametri 76 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.

Bu səbəbdən, ərazidəki 1800 abonentin qaz təchizatı aprelin 30-da saat 16:00-dan etibarən dayandırılacaq.

Qazın verilişi təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
9
sia.az

10Источники