RU

Güclü ailə institutu dayanıqlı inkişafın əsas şərtidir -

"Güclü və sağlam ailə institutu, qadınların hüquqlarının qorunması və ictimai həyatda fəal iştirakı, eləcə də uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsi davamlı və inklüziv inkişafın əsas şərtlərindəndir".Metbuat.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev "Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfransda çıxışı zamanı səsləndirib. Anar Əliyev vurğulayıb ki, Nazirlik tərəfindən qadınların məşğulluq imkanlarının genişləndirilməsi, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi və sosial xidmətlərə əlçatanlığın artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.Çıxışda bildirilib ki, son illərdə ölkədə ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təşviqi və uşaqların müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm qanunvericilik və institusional islahatlar aparılıb. Bu çərçivədə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” və “Gender bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” kimi sənədlər dövlət siyasətinin ardıcıl şəkildə həyata keçirildiyini göstərir.

Nazir diqqətə çatdırıb ki, ölkədə həyata keçirilən sosial islahat paketləri nəticəsində milyonlarla vətəndaş sosial dəstək tədbirləri ilə əhatə olunub. Hazırda uşaqlarla bağlı sosial ödənişlər 500 mindən çox şəxsi əhatə edir, ünvanlı dövlət sosial yardımı alan aztəminatlı şəxslərin isə əhəmiyyətli hissəsini uşaqlar təşkil edir.

Избранный
53
metbuat.az

1Источники