RU

“Prezident Kuboku 2026”: Avarçəkənlərimiz ikinəfərlik kayak qayığında bürünc medal qazandılar

ain.az bildirir, Idman.biz portalına istinadən.

Azərbaycan avarçəkənləri “Prezident Kuboku-2026” beynəlxalq reqatasının ikinci yarış günündə növbəti medalı qazanıblar.

İdman.Biz xəbər verir ki, Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışlarda Mustafa Vəlizadə və Elmir Tarverdiyev (2010–2011 təvəllüdlü) ikinəfərlik kayak qayığında 500 metr məsafəyə final yürüşündə bürünc medala layiq görülüblər.

Qeyd edək ki, avarçəkənimiz Əlimurad Hacızadə (2008-2009) birnəfərlik kayak qayığında 500 metrlik məsafəyə yürüşdə gümüş medala layiq görülüb. O, ötən gün birnəfərlik kayakda 200 metr məsafəyə yarışda da gümüş medal qazanıb.

Humay İsgəndərova

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
35
icma.az

1Источники