RU

Kadırovun planı dəyişdi- özü hakimiyyətdə qalır

Vladimir Putin ilə Ramzan Kadırov arasında keçirilən son görüş siyasi gündəmdə mühüm mesaj kimi qiymətləndirilir. Görüşün əsas məqsədinin Kadırovun növbəti müddətdə də vəzifədə qalacağına dair ictimai təsdiq almaq olduğu iddia edilir. Musavat.com xəbəır verir ki, bui barədə Rusiye 
Kadırova yaxın media resurslarında yayılan məlumatlara görə, Putin artıq 2026-cı ilin sentyabrında keçiriləcəka mediası yazıb. Bildirilir ki, Rusiya dövlət başçısı seçkilərdə onun namizədliyini dəstəklədiyini ifadə edib. Bu cür siqnallar Rusiya siyasi sistemində yeni deyil və adətən regionlarda sabitliyin qorunmasına yönəlmiş əvvəlcədən verilən mesajlar kimi çıxış edir.

Son dövrlərdə Kadırovun səhhəti ilə bağlı müxtəlif şayiələr də gündəmdə olub. Hətta onun yerinə oğlu Adam Kadırovun gətirilməsi ehtimalı müzakirə olunurdu. Lakin yaş məhdudiyyəti və hüquqi maneələr, eləcə də ictimai rezonans doğuran bəzi hadisələr bu ssenarini arxa plana keçirdi.
Bununla yanaşı, Kadırovun fiziki vəziyyəti ilə bağlı suallar tam aradan qalxmayıb. Onun ictimai görüntülərində müəyyən məqamların gizlədilməsi və yalnız qeyri-rəsmi kadrlarda bəzi detalların üzə çıxması bu mövzunu daha da aktuallaşdırır.
Kadırovun yerinə ən şanslı namizədlər sırasında Apti Alaudinovun da adı çəkilirdi. O, 2006-cı ildə Ramzan Kadırovun komandasına qoşulub. Stavropol diyarında sovet hərbçisi ailəsində anadan olan Apti Alaudinov Birinci Çeçenistan  müharibəsində iştirak etməyib. Amma onun atası və böyük qardaşı Dudayev əleyhinə Moskvanın dəstəklədiyi və silahlandırdığı müxalifətin tərəfində olublar. Alaudinovun müsahibələrinin birində deyib ki, qardaşı və atası 1994-cü ilin oktyabrında "Dudayev, Məshədov və digər içkeriyalılarla ilk döyüşdə" həlak olublar. Kadırovun varisləri sırasında respublikanın baş naziri Maqomed Daudovu da göstərirdilər.
Bütün bu müzakirələr fonunda əsas məsələ dəyişmir: Kreml üçün prioritet konkret şəxsin sağlamlıq vəziyyəti deyil, onun region üzərində nəzarəti və mərkəzə sədaqətidir. Bu baxımdan, Ramzan Kadırov mövcud balansı qoruduğu müddətdə onun hakimiyyətdə qalmaq ehtimalı yüksək qiymətləndirilir.
Beləliklə, Putin–Kadırov görüşü yalnız formal görüş deyil, eyni zamanda siyasi mesajdır — həm daxili auditoriyaya, həm də elitalara ünvanlanmış sabitlik siqnalı...

Избранный
47
musavat.com

1Источники