RU

Parisdə səfirlik binasının açılışında qalmaqal- erməni lobbisi rüsvay oldu

Parisdə Ermənistan səfirliyinin yeni inzibati binasının açılışı diplomatik hadisə kimi planlaşdırılsa da, mərasim ətrafında yaranan narazılıq onu siyasi müzakirə mövzusuna çevirib. Tədbirə bəzi nüfuzlu diaspor nümayəndələrinin dəvət olunmaması Fransadakı erməni icması daxilində ciddi narazılıq yaradıb. Fransadakı erməni təşkilatları hesab edir ki, onların tədbirdən kənarda saxlanılması təsadüfi deyil və bu, rəsmi İrəvanın diasporla münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Onlar bunu “birlik prinsipinə zidd addım” kimi qiymətləndirirlər və hökuməti diasporun rolunu azaltmaqda ittiham edirlər. Rəsmi dairələrə yaxın yanaşmalarda isə fərqli izah verilir. Bildirilir ki, Ermənistan hakimiyyəti diplomatik tədbirlərin radikal siyasi ritorikaya çevrilməsinin qarşısını almağa çalışır. Bu kontekstdə bəzi diaspor nümayəndələrinin kənarda saxlanılması məqsədli addım kimi təqdim olunur. Müşahidəçilər qeyd edir ki, bu hadisə Ermənistanın xarici siyasətində və diasporla münasibətlərində dəyişikliklərin göstəricisi ola bilər. Son dövrlərdə rəsmi İrəvanın daha praqmatik və daha az emosional siyasi xəttə üstünlük verməsi barədə fikirlər səslənir.
Analitiklərə görə, problem təkcə bir tədbirlə bağlı deyil. Bu, daha geniş prosesin – diasporun siyasi təsir imkanları ilə Ermənistan daxilində formalaşan yeni siyasi kurs arasında ziddiyyətin nəticəsidir.
Paris hadisəsi göstərir ki, Ermənistan–diaspor münasibətləri əvvəlki kimi vahid və problemsiz deyil. Qarşıdakı dövrdə bu xəttdə gərginliyin artması və yeni müzakirələrin ortaya çıxması istisna edilmir.
Hikmət

Milli Məclisin deputatı Hikmət Babaoğlu məsələ ilə bağlı Musavat.com-a bildirib ki, son dövrlərdə bütün parametrlər üzrə ard-arda strateji məğlubiyyətlərə uğrayan Avropadakı bəzi güc mərkəzləri əvvəlki vaxtlarda necə güclüdürlər zəmanəsinin nostalgiyası içərisindədirlər: “Vaxtıilə Avropa İttifaqına üzv olan bəzi ölkələrin ayrı-ayrı güc mərkəzləri demokratiyanı, insan hüquqlarını manipulyasiya edərək müxtəlif ölkələrə hücum etməklə onları anti-demokratik davranışda, hüquqi sistemin olmamasında, Avropa dəyərlərini, beynəlxalq hüququn tələblərini yerinə yetirməməkdə ittiham edərək milli dövlətlər üzərində istismar mövqeyi formalaşdırırdılar. Ancaq son illərdə Avropa İttifaqının hüquq və demokratik dəyərlər arxasında gizlənərək istismarçı alətlərdən istifadə etmə məsələləri ifşa olundu. Bundan sonra Avropada yeni bir mərhələ başladı. Başda Fransa olmaqla açıq şəkildə müxtəlif dövlətlərə qarşı sərt diplomatik ritorikadan istifadə etməyə başladılar. Xüsusən Fransa Azərbaycana qarşı çox radikal addımlar atdı. Ən nəhayət Azərbaycanın cəsarəti, öz hüquqlarını müdafiə etməsi Fransanın neokalonialist xarici siyasətini ifşa eləməsi Fransanı yerinə oturtmuş oldu. İndi isə yenidən Fransa erməni lobbisi və QHT-lər, ictimai fəallar vasitəsilə guya ki, demokratiya, insan hüquqları uğrunda mübarizə aparır. Bundan da erməni diasporu istifadə eləməyə çalışır. Hədəf Ermənistanda keçiriləcək seçkiləri pozmaq, radikallara, daşnaklara dəstək verməklə Cənubi Qafqazda gedən sülh prosesinə zərbə vurmaqdır. Buna nail olmaq o qədər asan məsələ deyil. Kənarda saxlanmaları da onu göstərir ki, hədəflərinə nail ola bilməyəcəklər”

Etibar Seyidağa,
Musavat.com

Избранный
75
musavat.com

1Источники