RU

2026-cı ilin əvvəlindən bəri 127000 rusiyalı Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb

2026-cı ilin ilk dörd ayında 127000 rusiyalı Ukraynadakı xüsusi hərbi əməliyyat zonasına göndərilmək üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.

Herbiand.az bildirir ki, bu rəqəmi Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Bilik. Birinci" təhsil marafonunda çıxış edərkən açıqlayıb.

Onun sözlərinə görə, daha 10000 vətəndaş könüllü bölmələrdə xidmət üçün müqavilə imzalayıb.

Medvedev həmçinin xatırladıb ki, 2025-ci ildə 450000 rusiyalı müqavilə imzalayıb və xüsusi hərbi əməliyyat zonasına göndərilib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
43
herbiand.az

1Источники