ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Nəsimi rayonu, Alı Mustafayev küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, qəza aprelin 28-də səhər saatlarında baş verib. Zərərçəkmiş sürücünün redaksiyaya göndərdiyi görüntülərdən aydın olur ki, 99-HY-042 dövlət qeydiyyat nişanlı “Fiat Doblo” markalı avtomobil “Mercedes” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Şikayətçinin sözlərinə görə, “Fiat”ın sürücüsü tıxacda gözləmək istəmədiyi üçün iki zolağın arasına çıxaraq irəliləməyə cəhd edib. Nəticədə o, eyni istiqamətdə hərəkətdə olan avtomobili vurub. Bildirilir ki, hadisəni törədən sürücü baş verənlərə görə məsuliyyəti üzərinə götürməyib, özünü haqlı çıxarmağa çalışıb və daha sonra ərazini tərk edib.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.