RU

İPL klubu baş məşqçisi ilə əməkdaşlıağa son qoydu - RƏSMİ

İngiltərə Premyer Liqasını tərk etdiyi dəqiqləşən "Börnli" rəsmi saytı vasitəsi ilə əsas komandanın baş məşqçisi Skott Parkerlə əməkdaşlığa son qoyduğunu açıqlayıb.

Fanat.Az xəbər verir ki, tərəflərin yollarını qarşılıqlı razılıq əsasında ayırdığı bildirilib.

Ona ənənəvi qaydada təşəkkür edilib, gələcək fəaliyyətində uğurlar arzulanıb. Qalan 4 çempionat matçında komandanı meydana müvəqqəti çalışdırıcı qismində Mayk Ceksonun çıxaracağı da diqqətə çatdırılıb. 

Xatırladaq ki, "Börnli"ni 2024/2025 mövsümündə Çempionşipdən elitaya məhz Parker daşımışdı.

Nihat

Избранный
36
fanat.az

1Источники