RU

DİN qanunsuz silah-sursatın könüllü təhvil verilməsi üçün vətəndaşlara çağırış edib

DİN

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Ötən gün polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 13 avtomat, 1 tapança, 2 qumbara, 4 tüfəng, 9 patron darağı və 418 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.DİN -in Mətbuat Xidmətindən Ulusum.az-a bildirilib ki, odlu silah və sursatın qanunsuz saxlanılması və daşınması qanunvericiliyə əsasən cinayət məsuliyyəti yaradır.Qeyd edilib ki, bu cür vasitələrin könüllü təhvil verilməsi isə şəxsi məsuliyyətdən azad edir:"Vətəndaşlara tövsiyə olunur ki, istifadəsiz və ya qanunsuz saxlanılan silah-sursat barədə dərhal polis orqanlarına məlumat versinlər. Bu, həm hüquqi məsuliyyətdən azad olmaq, həm də ictimai təhlükəsizliyin qorunmasına töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.Polis əməkdaşları tərəfindən qanunsuz silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir".

Diqqət Çəkənlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş minifutbol üzrə birincilik start götürüb

Hərbi prokuror Daxili Qoşunların hərbi hissəsində görüş keçirib

“Hər kəs üçün ASAN” layihəsi reallaşdırılır

Избранный
63
44
ulusum.az

10Источники