RU

Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Xocavənd rayonunun Xocavənd kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocavənd rayonunun Xocavənd kəndinə 32 ailə - 135 nəfər köçürülür.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

  • Xocavənd
  • Xocavənd
  • Xocavənd
  • Xocavənd
  • Xocavənd
  • Xocavənd
  • Xocavənd
  • Xocavənd
  • Xocavənd
  • Xocavənd
Избранный
53
49
day.az

10Источники