RU

"Okampo öz dili ilə Borrell vasitəsilə korrupsiya faktlarını etiraf edir" - Ekspert

"Azərbaycan mediası dəfələrlə Avropa Parlamenti, Avropa Komissiyası və Belçika hökumətinə Borrell, Okampo və digərlərinin mümkün korrupsiya sxemlərini araşdırmağı təklif edib. Amma bu təkliflərə reaksiya verilməyib. Bu dəfə Okampo öz dili ilə Borrell vasitəsilə korrupsiya faktlarını etiraf edir".

"Unikal" xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, hədəf Ermənistanın Baş naziri Nikol Pasinyandır:

"Ermənistan mediası hibrid təhdidlərə qarşı mübarizə aparmaq üçün bu məsələnin təfərrüatlarını ölkə daxilində araşdırmalıdır. Okampo, onu maliyyələşdirən erməni lobbisi və ondan rüşvət alan Avropa siyasətçilərini əhatə edən geniş bir cinayətkar şəbəkə Avropanın mərkəzində aşkar şəkildə fəaliyyət göstərir. Bu fəaliyyət əvvəllər Azərbaycana qarşı idi, indi isə Ermənistan hədəfdədir. Bakı bu hücumlara vərdiş edib, İrəvan isə maksimum ayıq və sayıq olmalıdır. Avropada Okampo və onun ətrafındakı korrupsiometr qüvvələr sülh prosesini pozmaq və vəziyyəti nəzarətli  qeyri-sabitlik ssenarisinə qaytarmaq üçün həm Ermənistanda, həm də onun keçmiş müttəfiqləri ilə yaxından əməkdaşlıq edir".

Избранный
58
35
unikal.az

10Источники