RU

Ukrayna Kerç körpüsünün müdafiəsini sındırdı: Rusiya katerləri məhv edildi – VİDEO

Ukrayna Hərbi Dəniz Qüvvələri Kerç körpüsünü mühafizə edən Rusiya katerlərini vurub.

İnterpress.az xəbər verir ki, bu barədə “Ukrayna Silahlı Qüvvələri” məlumat yayıb.

Ukrayna Hərbi Dəniz Qüvvələri Kerç körpüsünün mühafizəsini həyata keçirən Rusiya gəmilərinə zərbə endirib. Hücum nəticəsində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) “Sobol” tipli patrul gözətçi kateri və “Qraçonok” tipli əks-diversiya kateri vurulub.

Məlumatda qeyd edilir ki, düşmən həm “qayıtmaz”, həm də “sanitar” (ölü və yaralı) itkilər verib. Qeyd olunan katerlər FTX-nin sərhəd xidmətinin və Rusiya Hərbi Dəniz Qüvvələrinin sahil mühafizəsinin əsas vahidləri olmaqla, Kerç körpüsünün mühafizəsi və diversantlara qarşı mübarizə üçün istifadə edilirdi.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
97
50
interpress.az

10Источники