RU

Türkiyədə "çirkli pulların yuyulması"na qarşı əməliyyat - 11 nəfər saxlanılıb

Türkiyənin İstanbul şəhərində müxtəlif şirkətlər vasitəsilə spirtli içki qaçaqmalçılığından əldə edilən gəlirləri yumaqda ittiham olunan 11 şübhəli saxlanılıb.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Qaçaqmalçılıq Cinayətləri Şöbə Müdirliyi bu barədə məlumat yayıb.

İstintaq nəticəsində 7 daşınmaz əmlak, 8 daşınar aktiv, 12 şəxsə məxsus bank hesabları və 2 şirkətdəki səhmlər müsadirə edilib.

11 nəfərin saxlanıldığı əməliyyatlarda araşdırmaların hərtərəfli şəkildə davam etdiyi qeyd edilib.

İlahə Qənbərli

Missiya.Az

Избранный
53
missiya.az

1Источники