RU

“SABAH.city”də universitetlər üçün yeni imkanlar:Əməkdaşlıq planları müzakirə olundu - FOTO

Aprelin 29-da Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında “SABAH.city” innovasiya şəhərciyində yerləşəcək ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Redaktor.az xəbər verir ki, görüşdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Texniki Universitetinin və Bakı Dövlət Universitetinin rektorları, SABAH.HUB İnnovasiya Mərkəzinin baş icraçı direktoru Rəhim Bayramlı, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Məlumata görə, tədbirdə “SABAH.city” layihəsinin əhəmiyyəti, bu günədək görülən işlər, şəhərciyin mövcud inkişaf mərhələsi və gələcək fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Eyni zamanda innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar diqqətə çatdırılıb.

Qeyd olunub ki, görüş zamanı “SABAH.city” ilə ali təhsil müəssisələri arasında qısamüddətli və ortamüddətli əməkdaşlıq planları, yaradılacaq yeni laboratoriyaların təyinatı, eləcə də şəhərcikdə fəaliyyətin təşkili ilə bağlı məsələlər müzakirə edilib.

Bildirilib ki, tədbirin sonunda iştirakçılar “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsi üzrə tikinti ərazisi ilə tanış olublar.

22222222
Избранный
39
10
redaktor.az

10Источники