RU

Qəbul imtahanına qeydiyyat başa çatdı

Universitet və kolleclərə qəbul üçün qeydiyyat dünən axşam bitib.

Bizim.Media Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün qeydiyyat 29 aprel saat 23:59-da başa çatıb.

Son məlumata görə, universitet və kolleclər üçün ümumilikdə 135018 abituriyent qeydiyyatdan keçib. 131510 nəfər universitetlər, 121341 nəfər isə kolleclər üçün ərizə verib.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 24-də, I və IV qruplar üzrə isə iyunun 7-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-də keçiriləcək.

Bizim.Media

Избранный
32
13
bizim.media

10Источники