RU

“e-Sosial” mobil tətbiqinin fəaliyyətini mayın 1-dən dayandıracaq?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəqəmsal xidmətlər təqdim edən “e-Sosial” mobil tətbiqinin fəaliyyətini mayın 1-dən dayandıracaq.

 

News365.azxəbər verir ki, rəqəmsal dövlət xidmətlərinin vahid mərkəzləşdirilmiş sistemə keçirilməsi çərçivəsində Nazirliyin “e-Sosial” tətbiqi üzərindən təqdim etdiyi xidmətlər “mygov” platformasına inteqrasiya olunub.

 

Xidmətlərin təkrarlanmasının qarşısını almaq və istifadəçilərə daha rahat, mərkəzləşdirilmiş xidmət təqdim etmək məqsədilə artıq bütün xidmətlər vahid platforma – “mygov” üzərindən göstəriləcək. Bu səbəbdən “e-Sosial” mobil tətbiqinin fəaliyyəti dayandırılır./pravda

Избранный
27
12
news365.az

10Источники