İspaniya nəhəngi “Barselona” hücum xəttini Avropanın ən “qorxulu” forvardlarından biri ilə gücləndirmək üçün hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi “Qalatasaray”da forma geyinən Viktor Osimhen üçün “sarı-qırmızılılar”a qeyri-rəsmi olaraq 100 milyon avrodan yüksək bir təklif ünvanlayıb.
Tanınmış jurnalist Sərxan Türkün yaydığı məlumata görə, “Barselona” rəhbərliyi nigeriyalı qol maşınını heyətinə qatmaqda olduqca israrlıdır.
Lakin “Qalatasaray” tərəfi bu transfer üçün qapını 150 milyon avrodan açaraq öz şərtini irəli sürüb. Cari mövsümdə nümayiş etdirdiyi möhtəşəm performans və vurduğu qollarla azarkeşlərin sevimlisinə çevrilən Osimhenin statistik göstəriciləri Avropanın bütün nəhənglərini heyrətə gətirir.
Hazırda tərəflər arasında danışıqların davam etdiyi və yay transfer pəncərəsində bu keçidin baş tutub-tutmayacağı dünya futbol ictimaiyyətinin diqqət mərkəzindədir.
DOĞRU.AZ
