RU

Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı

"Saraqosa"nın qapıçısı Esteban Andrada sərt cəzalandırılıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, La Liqa 2-nin 37-ci turunda "Ueska" ilə matçda (0:1) qırmızı vərəqə alan futbolçu 13 oyunluq diskvalifikasiya edilib.

Hadisə "El-Alkoras" stadionunda keçirilən qarşılaşmanın 90+8-ci dəqiqəsində baş verib. Andrada "Ueska"nın müdafiəçisi Xorxe Pulidonu itələdiyinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bundan sonra qəzəblənən qolkiper rəqibinə yaxınlaşaraq onun üzünə yumruqla zərbə endirib.

Qeyd edək ki, qapıçının bu hərəkətindən sonra meydanda kütləvi dava düşüb və nəticədə daha iki futbolçu qırmızı vərəqə ilə cəzalandırılıb.

Избранный
30
2
manset.az

3Источники