“Benfika”nın baş məşqçisi Joze Mourinyonun adı son vaxtlar “Real”la əlaqələndirilsə də, o, keçmiş komandası “Roma”dakı fəaliyyətindən danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 2021-2024-cü illərdə “canavarlar”ı çalışdırmış portuqaliyalı mütəxəssis həmin dövrü karyerasının ən yaxşı mərhələsi adlandırıb:
“Roma” karyeramın ən yaxşı dövrü idi. Mən heç vaxt futbol komandası ətrafında belə inanılmaz atmosfer hiss etməmişdim.
70 mindən çox tamaşaçı tutumuna malik “Olimpiko” stadionu həmişə tam dolu olurdu – azarkeşlərin futbolçulara münasibəti məhz belə idi.
Yüksək gözləntilər? Bu, problem deyil.
UEFA Konfrans Liqasını qazandığımız zaman bu uğurun qeyd olunması dəlicəsinə idi.
Mən heç vaxt belə bir şey görməmişəm, hətta Çempionlar Liqasındakı qələbələrim zamanı belə”.
Mourinyo Konfrans Liqasındakı çempionluqdan əlavə, “Roma”nı Avropa Liqasının finalına da çıxarıb.