“Çelsi”nin futbolçusu 4 illik diskvalifikasiya edilib.
KONKRET.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası “Çelsi”nin ukraynalı yarımmüdafiəçisi Mixail Mudriki 4 il müddətinə futboldan uzaqlaşdırıb.
Bildirilir ki, 25 yaşlı futbolçuya verilən bu ağır cəzaya səbəb onun dopinq testindən kəsilməsidir. Hazırda bu qərarla bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verilib.
Qeyd edək ki, Mudrik daha öncə 2024-cü ildə də dopinq testindən keçə bilməməsi səbəbindən İngiltərə Futbol Assosiasiyası tərəfindən yarışlardan kənarlaşdırılıb.
Xatırladaq ki, Mixail Mudrik 2023-cü ilin yanvar ayında Ukraynanın “Şaxtyor” klubundan “Çelsi”yə transfer olunub. /unikal/