ain.az, Axar.az saytına istinadən bildirir.
Rusiya Prezidenti Vladimir Putin bir müddət əvvəl sülh razılaşması bağlamağa hazır idi, lakin ona bəzi insanlar mane olub.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə “Artemida-2” missiyasının astronavtları ilə görüşü zamanı bildirib.
“Düşünürəm ki, Putin Ukrayna üzrə bir həll görmək istəyir. Bu yaxşıdır,” – deyə Tramp qeyd edib.
Tramp həmçinin söyləyib ki, Putinə qismən atəşkəs tətbiq etməyi təklif edib. Onun fikrincə, Kreml rəhbəri buna razı ola bilər.
Qeyd edək ki, bu gün iki lider arasında telefon danışığı olub. Putin Qələbə Günündə atəşkəs elan etməyə hazır olduğunu bəyan edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.