RU

ABŞ “Lukoil”un xarici aktivlərinin satışı üzrə danışıqlara icazəni yenidən uzatdı » AzadMedia.az


ABŞ Maliyyə Nazirliyi “Lukoil”un xarici aktivlərinin satışı ilə bağlı danışıqlara icazə verən lisenziyanın müddətini bir daha uzadıb.
Qərar ABŞ Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC)nin rəsmi saytında dərc olunub.
Əvvəlcə lisenziyanın qüvvədə olma müddəti 17 yanvar tarixinədək müəyyən edilmişdi, daha sonra isə bir neçə dəfə uzadılmışdı. Sonuncu dəfə müddət 1 maya qədər artırılmışdı. Yeni qərara əsasən, lisenziya 30 maya qədər qüvvədə qalacaq.
Xatırladaq ki, ötən ilin oktyabr ayında ABŞ “Lukoil”, Rosneft və onların 34 törəmə şirkətini yeni sanksiya paketinə daxil edib. Lakin daha sonra OFAC “Lukoil International GmbH” və onun aktivlərinin satışı üzrə danışıqların aparılması üçün xüsusi lisenziya təqdim edib.
Избранный
48
1
azadmedia.az

2Источники