RU

Putin Trampla söhbətində İranda atəşkəsin uzadılması qərarını dəstəkləyib

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığında İranda atəşkəsi dəstəkləyib.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov aprelin 29-da bildirib.

"Putin hesab edir ki, Trampın İranla atəşkəsin uzadılması qərarı doğrudur və bu, danışıqlara şans verməli və ümumilikdə vəziyyətin sabitləşməsinə kömək etməlidir", - Uşakov qeyd edib.

Rusiya prezidentinin köməkçisinin sözlərinə görə, Putin həmçinin ABŞ və İsrailin yenidən güc tətbiq edəcəyi təqdirdə İran, qonşuları və bütün beynəlxalq ictimaiyyət üçün yarana biləcək son dərəcə mənfi nəticələrə diqqət çəkib.

QAZİLER.AZ

 

Избранный
53
qaziler.az

1Источники