RU

Pentaqon İrandakı əməliyyatın xərclərini açıqladı

Pentaqonun maliyyə şöbəsinin rəhbəri vəzifəsini icra edən Culs Herst Nümayəndələr Palatasında keçirilən dinləmələr zamanı ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara xərclənən vəsaiti açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, o, bu günə qədər təxminən 25 milyard dollar xərcləndiyini bildirib.

Herst vəsaitin böyük hissəsinin döyüş sursatlarına sərf olunduğunu vurğulayıb.

Lakin buna baxmayaraq, “Iran War Cost Tracker” portalı real xərclərin artıq 65 milyard dolları keçdiyini iddia edir. Portalın hesablamalarına hərbi personalın saxlanması, bölgəyə cəlb edilən gəmilərin təminatı və digər müşayiətedici xərclər də daxildir.

Məlumata görə, əməliyyatın ilk 6 günü 11,3 milyard dollara başa gəlib, sonrakı dövrdə isə xərclər gündəlik 1 milyard dollar təşkil edib.

Qeyd edək ki, ABŞ-nin siyasi dairələrində İrana qarşı müdaxilə artıq “lazımsız müharibə” kimi xarakterizə olunmağa başlayıb və büdcə xərcləri ilə bağlı müzakirələr gərginləşib.

"Cebheinfo.az"

Избранный
57
cebheinfo.az

1Источники