ABŞ bu günə qədər İrana qarşı hərbi əməliyyatlara təxminən 25 milyard dollar xərcləyib.
Day.Az xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ Müdafiə nazirinin müavini vəzifəsini icra edən Culs Herst deyib.
O, Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin dinləməsində deyib ki, bu günə qədər "Epik Qəzəb" əməliyyatına təxminən 25 milyard dollar xərclənib.
Herst bildirib ki, bu vəsaitin böyük hissəsi sursata xərclənib.
"Münaqişənin tam xərc qiymətləndirməsini başa çatdırdıqdan sonra Ağ Ev vasitəsilə Konqresə əlavə ayırmalar üçün sorğu təqdim edəcəyik", - deyə Herst qeyd edib.