ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Süni dadlandırıcılar bağırsaq baryerini zədələdiyi aşkarlandı.
Redaktor.az xarici mediaya istinadən bildirir ki, "Anglia Ruskin" Universitetinin alimləri saxarin və sukraloza kimi süni dadlandırıcıların bağırsaq sağlamlığına ciddi zərbə vurduğunu müəyyən ediblər.
Araşdırmaya əsasən, bu maddələr bağırsaqdakı faydalı bakteriyaları patogenə çevirərək onların bağırsaq divarını keçməsinə və qan dövranına daxil olmasına şərait yaradır. Bu proses orqanizmdə xroniki iltihaba və infeksiyalara yol aça bilər. Alimlər xəbərdarlıq edir ki, "şəkərsiz" etiketi ilə satılan içkilər və qidalar, xüsusilə həzm sistemi həssas olan şəxslər üçün təhlükəli ola bilər.
Xədicə BAXIŞLI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.