RU

ABŞ Ukrayna ordusuna kəşfiyyat məlumatlarının ötürülməsini davamETDİRİR

Amerika Birləşmiş Ştatları Ukrayna Silahlı Qüvvələrini kəşfiyyat məlumatları ilə təmin etməyə davam edir.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn bəyanat verib.

“Biz Ukraynaya dəstək üzrə Qərb qrupu vasitəsilə məlumat mübadiləsi sahəsində kömək göstərməyə davam edirik”, - deyə general təsdiqləyib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqtonun bu addımlarına münasibət bildirmişdi. Diplomat qeyd etmişdi ki, Rusiya tərəfi Ukrayna ordusuna hədəfləri vurmaq üçün kəşfiyyat məlumatlarının ötürülməsinin yolverilməzliyi barədə mütəmadi olaraq xəbərdarlıq etsə də, ABŞ bu demarşlara ya ümumi sözlərlə cavab verir, ya da susmağa üstünlük verir.

Bundan əlavə, nüfuzlu "Politico" nəşrinin yaydığı məlumata görə, rəsmi Moskva Vaşinqtona maraqlı bir sövdələşmə təklif edib. Təklifə əsasən, əgər ABŞ Ukraynaya Rusiya obyektləri barədə kəşfiyyat məlumatlarının verilməsini dayandırarsa, Rusiya da öz növbəsində İranla ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərinin dəqiq koordinatlarını paylaşmayacaq.

Xədicə BAXIŞLI

Избранный
57
43
redaktor.az

10Источники