Olaylar.az Livanın "NNA" agentliyinə istinadən xəbər verir ki, Livanın Tir əyalətindəki Hinniyə şəhərinə hücum nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.
Qeyd edək ki, İsrail ordusu 2 martda Livana qarşı intensiv hava hücumlarına başlayıb, ölkənin cənubundakı bir neçə şəhəri işğal edib.
Livanda məcburi köçkünlərin sayı 1 milyonu keçib.
Livan Səhiyyə Nazirliyi 2 martdan bəri İsrailin hücumlarında 2500-dən çox insanın öldüyünü bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31