RU

Britaniya rusiyalı diplomatın akkreditasiyasını ləğv edib

Böyük Britaniya Rusiyanın britaniyalı diplomatı ölkədən çıxarmasına cavab olaraq rusiyalı diplomatlardan birinin akkreditasiyasını ləğv edib.Bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qərar Rusiyanın ötən ay Britaniyanın Moskvadakı səfirliyinin əməkdaşını ölkədən çıxarmasına cavab olaraq qəbul edilib.

Nazirliyin bəyanatında Rusiyanın britaniyalı diplomatı ölkədən çıxarmaq barədə qərarı “əsassız” adlandırılıb və bu addım, eləcə də sonrakı “qərəzli ictimai böhtan kampaniyası” pislənilib.

“Bu cür davranış tamamilə qəbuledilməzdir və biz diplomatik əməkdaşlarımızın təqib edilməsinə və ya qorxudulmasına dözməyəcəyik”, – bəyanatda deyilir.

Nazirlik həmçinin qeyd edib ki, Moskvanın addımları diplomatik fəaliyyətə maneə yaratmağa yönəlib və bunu Britaniyaya qarşı “daha geniş aqressiv davranış kampaniyasının bir hissəsi” kimi qiymətləndirib.

Избранный
42
1
anews.az

8Источники