RU

Britaniya rusiyalı diplomatın akkreditasiyasını ləğv edib

Böyük Britaniya rusiyalı diplomatlardan birinin akkreditasiyasını ləğv edib.

Moderator.az Krallığın Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir ki, bu addım Britaniyanın Moskvadakı səfirliyinin əməkdaşının ölkədən çıxarılmasına cavab olaraq atılıb.

"Rusiyanın keçən ay daha bir Britaniya diplomatının ölkədən çıxarılması barədə əsassız qərarını, bunun ardınca isə həyata keçirdiyi qərəzli ictimai böhtan kampaniyasını qətiyyətlə pisləyirik. Bu cür davranış tamamilə qəbuledilməzdir və biz diplomatik əməkdaşlarımızın təqib edilməsinə və ya qorxudulmasına dözməyəcəyik", - nazirliyin bəyanatında deyilir.

XİN-də vurğulayıblar ki, Rusiyanın heç bir təhrikedici səbəb olmadan atdığı bu addımlar diplomatik işin pozulmasına yönəlib və "Böyük Britaniyaya qarşı daha geniş aqressiv davranış kampaniyasının bir hissəsidir".

Избранный
39
5
moderator.az

8Источники