RU

Azərbaycan və Ermənistan delimitasiya qaydalarını razılaşdırıb

Azərbaycan və Ermənistan delimitasiya işlərinə dair təlimat layihələrinin mətnlərini razılaşdırıb...

Azərbaycan və Ermənistan tərəfləri delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair təlimat layihələrinin mətnlərini razılaşdırıb və mübadilə ediblər.

Poliqon xəbər verir ki, bu, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinin yaydığı məlumatda əksini tapıb.

Sözügedən təlimatlar aşağıdakılardır:

• “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası zamanı delimitasiya üzrə ekspert qruplarının iş qaydası haqqında Təlimat”;

• “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya xəritəsinin hazırlanması haqqında Təlimat”;

• “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya sənədlərinin tərtibatı və nəşri qaydası haqqında Təlimat”.
 
Poliqon.info

Избранный
46
4
poliqon.info

4Источники