ain.az bildirir, Sia Az saytına əsaslanaraq.
“Hava şəraiti soyuq idi”.
SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan millisinin üzvü Əlimurad Hacızadə birnəfərlik kayakda gümüş medal qazanıb.
O, gücünü göstərə bildiyini qeyd edib:"Prezident Kuboku 2026"ya uzun müddətdir hazırlaşırdım. Turnirdə Azərbaycana ilk medalı qazandırdığım üçün sevincliyəm. Qızıl medal qazanmaq istəyirdim. Lakin ikinci yerə çıxdım. İnanıram ki, növbəti iki yarış günündə ölkəmiz qızıl medala sahib çıxacaq".
Qeyd edək ki, Əlimurad Hacızadə 200 metr məsafəyə yarışda gümüş medal qazanıb. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. Reqata mayın 1-də başa çatacaq.
Banuçiçək Hüseynli
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.