RU

"Neftçi" "Qarabağ"a görə cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.
ONN media xəbər verir ki, Komitə XXIX turda baş tutan "Neftçi" - "Qarabağ" oyununa görə klubları ümumilikdə 20 000 manat cərimələyib.
Oyununun 90+3-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydanaçaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə “ağ-qaralar” 5000 manat cərimələnib. Paytaxt klubu azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 8-ci dəfə təkrarlandığına görə isə 8000 manat ziyana düşüb.
Həmçinin “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə Ağdam klubu 7000 manat cərimələnib.

Избранный
42
6
onn.az

10Источники