Azərbaycan təmsilçiləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatasında ilk medalı qazanıb.
Far.Az report-a istinadən xəbər verir ki, birnəfərlik kayakda Əlimurad Hacızadə gümüş mükafata sahib çıxıb.
O, 2008-2009 təvəllüdlü idmançıların mübarizəsində 200 metr məsafəni ikinci keçib.
Özbəkistanlı Maksim İvliyev qızıl, almaniyalı Maarten Vulff bürünc medal qazanıb.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. Reqata mayın 1-də başa çatacaq.