

Müəllif
İlhamə Vəliqızı
Ulusum.az Müdafiə Nazirliyinin məlumatına əsasən xəbər verir ki, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi plana əsasən, Müdafiə Nazirliyinin Baş idarə və idarələri arasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan minifutbol üzrə birinciliyə start verilib. Əvvəlcə birinciliyin püşkatma mərasimi keçirilib. Mərasimdə iştirakçı komandaların nümayəndə heyətləri, hakimlər və komissiyanın üzvləri iştirak ediblər.Qeyd edək ki, yarışda ümumilikdə 15 komanda mübarizə aparır. Oyunlar Azərbaycan Ordusunun hərbi qulluqçusu, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) referisi Nail Nağıyev və MOİK-in qurumlar üzrə baş məşqçisi Elnur Əliyev tərəfindən idarə olunur.Qrup oyunları başa çatdıqdan sonra hər qrupda 1-ci və 2-ci yerləri tutan komandalar yarımfinal mərhələsinə yüksələcəklər. Bu mərhələnin qalibləri birincilik uğrunda final görüşündə mübarizə aparacaqlar.Sonda qalib komandalar mükafatlandırılacaq
Diqqət Çəkənlər
Prezident Kitabxanasında Zərifə xanım Əliyevanın 103 illiyi qeyd olunub
Barat Vüsalın 75 illik yubileyinə həsr olunan poeziya gecəsi keçirildi
Süni intellekt və qədim tarixdə kibertəhlükəsizlik çağırışları müzakirə olunub