futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp Avro-2024-ün favoritini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, alman mütəxəssis İspaniya yığmasını fərqləndirib:
“İndiki məqamda İspaniya çempionluğa daha yaxın görünür. Amma Almaniya, Fransa və İngiltərə yığmasını da fərqləndirmək lazımdır. Onlar da keyfiyyətli futbol göstərirlər”.
İspaniya millisi 1/4 finalda Almaniya ilə üz-üzə gələcək. Fransanın rəqibi Portuqaliya, İngiltərəninki isə İsveçrə olacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.