Şəmkir rayonunda 27 yaşlı oğlan sevgi münasibətində olduğu yetkinlik yaşına çatmamış qıza intim hərəkətlər etməkdə ittiham olunub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü İntizam yetkinlik yaşına çatmayan Sevda (adlar şərti verilib – red.) ilə aralarında yaranmış sevgi münasibətləri səbəbindən 2024-cü ildə qeyri-rəsmi ailə qurub.
O, həmin ilin iyul ayından 2025-ci ilin oktyabr ayınadək Şəmkir rayonunun kəndində öz evlərində, daha sonra rayonun digər kəndindəki kirayə evdə qızla cinsi münasibətdə olub.
İstintaq orqanı tərəfindən İntizam barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
İntizam ifadəsində göstərib ki, təxminən üç il əvvəl Şəmkir rayonunun kəndində istixanalarda fəhləlik edərkən Sevdanı görüb və bəyənib: “Aramızda ünsiyyət yarandı, bir-birimizin mobil nömrələrimizi götürdük, yazışmağa və danışmağa başladıq. Təxminən 3 ilə yaxın sevgi münasibətində olduq, həmin dövrdə bir neçə dəfə görüşərək gəzib, söhbət etdik”.