RU

Rəsmi Bakı AP ilə münasibətləri dayandıra bilər

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rəsmi Bakı Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyinə cavab olaraq bu qurumla münasibətləri dayandıra bilər.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə etibarlı mənbə məlumat verib.

Bildirilib ki, indiyədək onsuz da Avropa Parlamenti ilə təmasları dayandırmış Azərbaycan, bu qurumla bütün münasibətlərin kəsilməsi haqda rəsmi qərar qəbul edə bilər və hazırda bu məsələ müzakirə mövzusudur.

Xatırladaq ki, Avropa Parlamentində müzakirəyə çıxarılmış “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə layihəsi nominal olaraq Ermənistana dəstək kimi təqdim olunsa da, bir sıra bəndlər birbaşa Azərbaycana qarşı əsassız ittiham və tələblər ehtiva edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
52
24
axar.az

10Источники