RU

Akademik Zərifə Əliyevanın irsi və humanitar missiya Saatlıda silsilə tədbirlər

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Saatlı, 29 aprel, AZƏRTAC

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşəbbüsü və TƏBİB-in dəstəyi ilə təşkil olunan tədbirlər çərçivəsində aprelin 29-da Saatlı rayonunun Şirinbəyli kəndi ərazisində səyyar humanitar tibbi aksiya keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı müxtəlif ixtisaslar üzrə həkimlər tərəfindən yerli əhali, xüsusilə Qərbi Azərbaycandan deportasiya olunmuş və bu ərazidə məskunlaşmış vətəndaşlarla tibbi müayinələr aparılıb, onların sağlamlıq vəziyyəti qiymətləndirilib, zəruri tibbi məsləhətlər verilib və ehtiyac yarandıqda ixtisaslaşmış tibb müəssisələrinə yönləndirmələr həyata keçirilib.

Sonra Saatlı rayonu ərazisində yerləşən Saatlı Gənclər Mərkəzinin akt zalında akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş konfrans təşkil edilib.

Konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbir akt zalında davam edib. Konfransa moderatorluğu Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, deputat Məlahət İbrahimqızı edib.

Elmi-praktik konfrans “Zərifə Əliyeva: nəsillərə örnək ömür yolu” adlı videoçarxın nümayişi ilə başlayıb.

Konfransda Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, TƏBİB-in icraçı direktounun müavini Anar İsrafilov, İcmanın sədr müavini, Milli Məclisin deputatı, professor Hikmət Məmmədov və ATU-nun professoru Paşa Qəlbinur, İcmanın Qadınlar Şurasının sədr müavini, Qərbi Azərbaycan Televiziyasının rəhbəri Telli Pənahqızı çıxış ediblər.

Konfrans çərçivəsində “Zərifə Əliyeva: nəsillərə örnək ömür yolu”, “Azərbaycan səhiyyə tarixində Zərifə Əliyeva irsi”, “İrəvanın əsilzadə nəslinin parlaq nümayəndəsi” və “Zərifə Əliyeva: fenomen Azərbaycan qadını” mövzularında məruzə və çıxışlar təqdim olunub.

Tədbir çərçivəsində rayon rəhbərliyi və İcmanın nümayəndə heyəti ilə birgə şəhid ailələri ilə görüş keçirilib.

Qeyd edək ki, Qərbi Azərbaycan İcması tərəfindən həyata keçirilən humanitar tibbi aksiya gün boyu davam edib. Bu kimi aksiyalar xüsusilə həssas əhali qruplarının sağlamlığının qorunmasına və tibbi xidmətlərə çıxış imkanlarının artırılmasına xidmət edir.

Müxbir – Aydın Yavərzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
44
azertag.az

1Источники