“Park Yasamal” Yasamal rayonunda, şəhərin mərkəzinə yaxın ərazidə yerləşir. 3 saylı ASAN xidmət və Bayraq parkının yaxınlığı isə gündəlik həyatını xeyli asanlaşdırır — istər işə, istərsə də şəhərin digər istiqamətlərinə sürətli və rahat çıxış imkanı yaradır. Bu, həm vaxtına qənaət edir, həm də həyat ritmini daha balanslı edir. Kompleksdə sakinlərin gündəlik həyatını komfortlu etmək üçün hər detal düşünülüb.Kompleks yalnız mənzillərlə deyil, yaratdığı yaşayış mühiti ilə də seçilir. Geniş və yaşıllıqla zəngin həyət, göl ətrafı istirahət zonaları, futbol meydançası və kompleks daxilində fəaliyyət göstərən özəl uşaq bağçası ailələr üçün rahat və təhlükəsiz mühit formalaşdırır. 24/7 kamera nəzarəti və geniş avtodayanacaq isə gündəlik komfortu tamamlayır. Mənzillər yüksək keyfiyyət standartlarına uyğun inşa olunur. Mənzillərin təmiri zamanı istifadə olunan materiallar da layihənin yüksək keyfiyyətini aydın şəkildə göstərir: Almaniyanın “HARO” parketləri, İtaliyanın “GEWISS” elektrik açarları, yanmayan “Prysmian” kabelləri, divarlarda “Zambaiti Parati” divar kağızları, hamam aksesuarlarında “GROHE”, ümumi və sanitar sahələrdə isə “Infinity” keramoqranitləri istifadə olunur. Bütün mənzillər səs və istilik izolyasiyası təmin edilir, sakinlərə tam təmirli, kommunal xidmətlərlə birlikdə təhvil verilir.
Mənzil əldə etmək üçün təklif olunan şərtlər də kifayət qədər çevikdir. Cəmi 30%-dən başlayan ilkin ödənişlə qərar verərək ev sahibi olmağa ilk addımı ata bilərsən. Bununla yanaşı, mənzilləri 20 ilədək ipoteka, 36 ayadək daxili kredit və ya “Evini hissə-hissə al” modeli ilə faizsiz və aylıq öhdəliksiz şəkildə əldə etmək mümkündür.
Əgər sən də həm yaşamaq, həm də sərfəli investisiya etmək üçün doğru zamanı gözləyirdinsə, bu imkan artıq qarşındadır. Daha ətraflı məlumat almaq üçün satış ofisinə yaxınlaşa və ya elə indi *1544 nömrəsinə zəng edərək sənə uyğun mənzili seçə bilərsən. Ətraflı: *1544 Ünvan: Yasamal rayonu, Kamil Rəhimli küçəsi