Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Noyer ÇL antirekordunu təkrarladı
"Bavariya"nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının antirekordunu təkrarlayıb.
QOL.az xəbər verir ki, bu, yarımfinalının PSJ ilə ilk oyununda (4:5) qeydə alınıb.
Almaniyalı qolkiper qapıya vurulan 5 zərbədən heç birini dəf edə bilməyib və hamısı qollarla nəticələnib. Beləliklə, Manuel Noyer turniridə nadir antirekordu təkrarlayıb.
"Opta"nın məlumatına görə, oxşar hadisə sonuncu dəfə 2000-ci ildə baş verib. O zaman "Çelsi"nin qapıçısı Ed de Qeye də "Barselona"ya qarşı 1/4 finalda bir dənə də olsun seyv etmədən 5 qol buraxmışdı.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.