ABŞ prezidenti Donald Tramp İranla bağlı sərt açıqlama ilə çıxış edib.
KONKRET.az xəbər verir ki, o, Truth Social platformasında paylaşdığı mesajda İran rəhbərliyinin vəziyyəti idarə edə bilmədiyini vurğulayıb.
Tramp qeyd edib ki, İran qeyri-nüvə razılaşmasını necə bağlamaq lazım olduğunu bilmir və bu məsələdə daha çevik davranmalıdır.
Onun sözlərinə görə, Tehran mümkün qədər tez “ağıllanmalıdır”, əks halda ABŞ tərəfinin daha sərt mövqe sərgiləməsi qaçılmaz olacaq.
“Onlar qeyri-nüvə sazişini necə bağlamağı bilmirlər. Daha tez ağıllansalar yaxşıdır”, – deyə Tramp paylaşımında vurğulayıb.
Vaşinqton ilə Tehran arasında münasibətlər uzun müddətdir gərgin olaraq qalır və tərəflər arasında mümkün razılaşmalar ətrafında müzakirələr davam edir.
Müşviq Tofiqoğlu
KONKRET.az